Ermənistan tərəfi Kəlbəcərdəki mövqelərimizi intensiv atəşə tutub

Ermənistan tərəfi Kəlbəcərdəki mövqelərimizi intensiv atəşə tutub Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 26-sı saat 3 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz:
Back to Top