Paşinyanın etirafları: “Gərək 7 rayonu qaytaraydıq” -ŞƏRH

Copyright © AZTV YouTube kanalına abunə olun: Ermənilər artıq ağır məğlubiyyətlərini etiraf edir və Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcbur qaldıqlarını anlamağa başlayıblar. Ermənistanın Baş naziri Nikol Paşinyanın Litva səfərindəki açıqlamaları bunu deməyə əsas verir. 44 günlük Vətən müharibəsindən sonra qarşı tərəfdə bəzi revanşizm meylləri müşahidə olunurdu və xarici havadarların köməkliyi ilə yaranmış vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklərinə kiçik də olsa, ümidlərin yarandığı sezilirdi. Amma Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşan müharibədən sonrakı 1 il ərzində həyata keçirilən siyasət və Azərbaycanın beynəlxalq nüfuzu dəqiq təhlil edildikdən sonra, deyəsən, Ermənistan tərəfi 10 noyabr bəyannaməsinin şərtlərinin yerinə yetirilməsindən başqa yolunun olmadığını dərk etməyə başlayıb. Paşinyanın Litvaya səfəri zamanı “Gərək 7 rayonu qaytaraydıq” ifadəsi, əslində, vaxtilə irəli sürülən şərtləri qəbul etməmələrinin hansı acı nəticələrə gətirib çıxaraca
Back to Top