Şövkət Ələkbərova — Sevdiyim Qız (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.2” albomundan “Sevdiyim Qız“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Tofiq Quliyev Söz: Teymur Elçin Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Hələ quşlar uçmamışdı budaqdan Günəş girdi otağıma, səpdi nur Gülə-gülə dedi mənə, yatma, dur Sevdiyin qız oyanmışdır bayaqdan Gülə-gülə dedi mənə, yatma, dur Sevdiyin qız oyanmışdır bayaqdan [Bənd 2] Yol uzunu sərin yeli səhərin Toxundurdu nəfəsini üzümə Sevdiyim qız görünmədi gözümə Geniş, qaynar qucağında şəhərin Sevdiyim qız görünmədi gözümə Geniş, qaynar qucağında şəhərin [Bənd 3] Mən zavodun həyətinə gələndə Elə bildim, səhər təzə açıldı Üstümüzə al şəfəqlər saçıldı Sevdiyim qız mənə baxıb güləndə Üstümüzə al şəfəqlər saçıldı Sevdiyim qız mənə baxıb güləndə Güləndə, güləndə Şövkət Ələkbərova tərəfindən ifa olunan “Sevdiyim Qız” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #SevdiyimQız #mikpro
Back to Top