Şövkət Ələkbərova — Üçtelli Durna (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.6” albomundan “Üçtelli Durna“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Xalq Mahnısı
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Giriş]
Doğurur hər baxışın, a balam, sevgi, məhəbbət məndə
Bil ki, səndəndir, əzizim, bu mətanət məndə, balam
Aman, ay yar, yar
Bedad, ay yar
Ey dad...
Yar, yar, ha yar
Aman, a yar, aman
[Bənd 1]
Evlərinin dalı qaya
Qayadan baxarlar aya
Göydə durna gəlməz saya
Üçtelli, dördtelli, beştelli durnam
Üçtelli, dördtelli, beştelli durnam
Sən haralısan, haralı, durnam?
Hündür dağların maralı durnam
Maralı, maralı, maralı, durnam!
Maralı, maralı, maralı, durnam!
[Bənd 2]
Ay havada uçan durnam
Qanadlanıb qaçan durnam
Qayıdarsan haçan, durnam?
Üç telli, dörd telli, beş telli durnam
Üç telli, dörd telli, beş telli durnam
Sən haralısan, haralı, durnam?
Hündür dağların maralı durnam
Maralı, maralı, maralı, durnam!
Maralı, maralı, maralı, durnam!...
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Üçtelli Durna” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023
Etiketlər:
#ŞövkətƏləkbərova #ÜçtelliDurna #mikpro