Şövkət Ələkbərova — Şən Azərbaycan (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.6” albomundan “Şən Azərbaycan“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Polad Bülbüloğlu
Söz: Məstan Günər
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan
[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
[Bənd 2]
El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır
[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
[Bənd 3]
Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından
[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Şən Azərbaycan” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023
Etiketlər:
#ŞövkətƏləkbərova #ŞənAzərbaycan #mikpro