İnsanların 90%-i QARA ZİRƏNİN Bu Faydasını Bilmir...
#sağlamlıq #demədidemə #Qarazirə
Qara zirə haqqındakı yazılı mənbələrin tarixi bizim eradan çox əvvələ gedib çıxır. Misir fironu Tutanhamonun sağlamlığındakı problemlərin aradan qaldırılması üçün qara zirədən istifadə edildiyi məlumdur. Bundan əlavə, misirlilər qara zirə toxumlarını ölən insanlarla bərabər məzara qoyurdular. İnanırdılar ki, bu möcüzəvi toxumlar ölülər diyarında belə, insanların sağlamlıqlarının qeydinə qalacaq. Digər bir əfsanəyə görə, Kleopatra qara zirədən gəncliyini, gözəlliyini, həyat eşqini qorumaq üçün istifadə edib.
Keçən əsrin ikinci yarısında qara zirə toxumunun faydalarını üzə çıxarmaq üçün 200-dən çox araşdırma aparılıb. Əldə edilən nəticələrin ortaq yönü bu idi: “Qara zirə sağlamlığın keşiyində dayanır.”
Qara zirə bioloji aktivliyi ilə seçilir. Onun toxumunda həyat üçün olduqca vacib elementlər var.
1. C, D, A, E, K, PP və B qrupu vitaminləri;
2. Dəmir, sink, kalsium, fosfor, selen, kalium permanqanat və s.
3. Fol turşusu, amin turşuları;
4. Omega-9, Omega-3, Omega-6 yağ turşuları;
5. Efir yağı;
6. Tkamin, kumarin, riboflavin, piridoksin;
7. Tanenlər;
8. Fosfolipidlər;
9. Beta karoten;
10. Fitosterollar;
11. Zülallar;
12. Proteinlər;
13. Karbohidratlar;
14. Liflər;
Qədimdə qara zirəni immuniteti möhkəmləndirmək məqsədilə daha çox istifadə edirdilər. Müasir tibb də zirənin bu qabiliyyətindən xəbərdardır. Qara zirə yağı bağırsaq infeksiyaları və müxtəlif göbələklər ilə mübarizə aparmaqda mahirdir. Həzm prosesinə müsbət təsir edir, mədə-bağırsağın işini normallaşdırır. Öd suyunun ifrazında prosesin aqressivliyini azaldır. Bu xüsusiyyətləri sayəsində qara zirə qəbizliyin aradan qaldırılması, bağırsaqların hərəkətliliyinin bərpası məqsədilə ən çox üz tutulan vasitələrdəndir. Laktasiyanı stimullaşdırır; bu da onun süd verən anaların rasionuna daxil edilməsinin səbəbidir.
Qara zirə toxumunun tərkibindəki komponentlər müxtəlif xəstəliklərə qarşı savaşır. İmmun sistemini möhkəmlədirdiyinə görə, infeksion və ya virus qaynaqlı xəstəliklərin profilaktikasında istifadə edilir. Tənəffüs yolları iltihabı zamanı göstərdiyi müsbət təsir təqdirəlayiqdir. Həmçinin, qanda şəkərin səviyyəsini azaldır. Buna görə də, müxtəlif tip diabet zamanı orqanizmin köməyinə çatır.
Soyuqdəymədən qaynaqlanan xəstəliklərin sürətlə sağalmasını təmin edir. Bundan əlavə, ürək-damar sistemindəki hər hansı problem zamanı, sidik yollarının təmizlənməsi, böyrəklərin işinin dəstəklənməsi məqsədilə də qara zirə toxumuna üz tutulması geniş yayılıb. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün də qara zirə əlçatan vasitədir.
Qara zirənin əsas faydaları bunlardır:
-İmmuniteti möhkəmləndirir;
-Qanda pis xolesterinin səviyyəsini aşağı salır;
-Mədə-bağırsağın işini yaxşılaşdırır;
-İştahı açır;
-Bağırsaqlarda yumşaldıcı kimi çıxış edir;
-Arterial təzyiqi aşağı salır;
-Öd kisəsinin, qaraciyərin və böyrəklərin işini normallaşdırır;
-İş qabiliyyətini artırır, yaddaşı gücləndirir;
-Böyrəklərdə və sidik kisəsində daş varsa, əridir;
-Həzm orqanlarının əzələlərini elastikləşdirir;
-Xəstəliyin səbəb olduğu mənfi əhval-ruhiyyəni aradan qaldırır;
-Artıq mayenin orqanizmdən xaric olunmasını təmin edir;
-Mikrob əleyhinə və parazit əleyhinə vasitədir;
-Saç köklərini möhkəmləndirir və sürətlə uzanmalarına səbəb olur;
-Orqanizmi zərərli maddələrdən və parazitlərdən təmizləyir;
Qəbul qaydaları:
Antibakterial xüsusiyyətinə və geniş istifadə arealına baxaraq əminliklə demək olar ki, müxtəlif narahatlıqlar zamanı qara zirə köməyə çatır. Hazırda müalicəvi məqsədlə qara zirə yağı və ya qara zirə məhlulu daha çox istifadə edilir.
1. Dermatofit zamanı. Zədələnmiş nahiyələrə qara zirə yağını ehtiyatla çəkin. Bundan əlavə, hər gün yeməkdən 20 dəq əvvəl 1 çay qaşığı qara zirə yağı içmək də faydalıdır.
2. Baş ağrıları zamanı. Bərabər miqdarda qara zirə toxumu, adi cirəgülü toxumu və mixək götürün. Bunları qarışdırın və toz halına düşənədək üyüdün. Alınan qarışımdan gündə 1 çay qaşığı ya axşam yatmazdan əvvəl, ya da səhər acqarına qəbul edin.
3. Yüksək təzyiq zamanı. Qara zirə toxumunu üyüdün, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya əlavə edin. 30-50 dəq dəmlənməyini gözləyin. Vasitəni səhər acqarına, yeməkdən 15 dəq əvvəl için. Bundan əlavə, qarışımın effektini artırmaq üçün gün ərzində 1-2 diş təzə sarımsaq yemək də məsləhətdir.
4. Diş ağrısı zamanı. 1 çay qaşığı qara zirə toxumunu üyüdün. Üzərinə az miqdarda zeytun yağı əlavə edin. Qarışdırın. Alınan məcunu ağrıyan dişin üzərinə qoyun və 5-6 saat gözləyin. Sonra ağzınızı ilıq suyla yaxalayın.
1 view
1405
467
7 months ago 00:10:01 1
İnsanların 90%-i QARA ZİRƏNİN Bu Faydasını Bilmir...
8 months ago 00:50:20 2
Melodic - Deep Emotions | Deep House • Chillout • Nu Disco ’ Summer Memories Mix
3 years ago 00:00:59 16
Barış Arduç İle Best of HELLO! 2021 Kapak Çekiminden Size Özel
3 years ago 01:32:48 1
1. Bölüm “Ağzını gırdımının garibanlığı” / Yeşil Deniz (720p)