Ukraynalı siyasətçilərdən erməni təxribatına sərt reaksiya - BAKU TV
Ukraynalı siyasətçilərdən erməni təxribatına sərt reaksiya - BAKU TV
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son silahlı təxribat beynəlxalq ictimaiyyətin qınağına səbəb olub. Beynəlxalq ekspertlər bildirirlər ki, Qazaxıstanın suverenliyinin qorunmasına dəstək adı altında oraya hərbçilərin göndərilməsinə razılıq verən Ermənistanın Azərbaycana qarşı separatçı əməlləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzuna xələl gətirir. İllərdir separatizmdən əziyyət çəkən Ukrayna ictimaiyyəti də Ermənistanın bu təxribatlarını şiddətlə qınayır.
“Düşünürəm ki, Ermənistan kənar qüvvələrin rejissorluğu ilə yenicə azad olunan torpaqlarda təzədən qan tökmək istəyir. Dünya ictimaiyyəti baş verən hadisələrə həssas yanaşmalıdır, Qarabağda sülh bərqərar olmalı, əvvəlki həyat qayıtmalıdır. Bu isə yalnız Azərbaycanın beynəlxalq hüquqla müəyyənləşdirilən ərazilərə tam nəzarət edəcəyi təqdirdə mümkün ola bilər”, - deyə Ali Radanın deputatı Fedor Venislavski qeyd edib.
Son vaxtlar Azərbaycan və Ermənistan təmas xət
4 views
10
1
3 years ago 00:01:57 4
Ukraynalı siyasətçilərdən erməni təxribatına sərt reaksiya - BAKU TV