Erməni diversantların inanılmaz açıqlamaları ilk dəfə İTV Xəbər Yekun-da

İTV Xəbər Yekun Azərbaycanda yaxalanan erməni diversantları danışdırıb. Onlar müxtəlif terror əməlləri törətmək üçün Ermənistandan Azərbaycan ərazisinə keçdiyini etiraf edirlər. Bu ermənilər Azərbaycana soxulub müxtəlif təxribatlar törədən cinayətkarlar olsalar da, Azərbaycanda onlara insan kimi davranılır. Bu süjeti izləyərkən gözünüzün qarşısına bir müddət əvvəl Naxçıvanda yolu azaraq Ermənistana keçən iki əsgərimizi gətirin. Heç bir cinayət törətmədikləri halda qanunsuz həbs olunan əsgərlərimizə vəhşi davranışı xatırlayın. Bir də müharibədən sonra müxtəlif ərazilərdə, bu həftə də Şuşada aşkarlanan kütləvi məzarlıqları. Bu məzarlıqlar ermənilərin 1-ci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə qarşı amansız zorakılığının sübutudur. Ermənilərin illərdir hərbi və mülki əsirlərimizə qarşı etdiyi insanlığa sığmayan hərəkətlərə rəğmən Azərbaycanın erməni diversantlara münasibətini görün. Aramızdakı fərqi erməni xalqına da, iki əsgərimizi şərləyib həbsə atdıran Ermənistan hökumətinə də, bütün dünyaya da göstəririk. Süjetin hazırlanmasında göstərdiyi köməyə görə Dövlət Təhlükəsizliyi Xidmətinə və Ədliyyə Nazirliyinə təşəkkür edirik. Beləliklə, Azərbaycanda məhkumluq həyatı yaşayan erməni diversantların inanılmaz etirafları ilk dəfə İTV Xəbər Yekun-da. Bizi İzləyin: Facebook: Instagram: Teleqram: Sayt: Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news #kefşet
Back to Top