Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib

Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib. Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur. Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir. ____ Боевое дежурство в Лачине организовано на высоком уровне По поручению Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными силами Ильхама Алиева, продолжается осуществление мер по организации боевого дежурства на освобожденных территориях. Боевое дежурство на стратегически важной высоте Учдик, взятой под контроль в результате уточнений, проведенных подразделениями Азербайджанской Армии в Лачинском районе, организовано на высоком уровне. Выполняются все необходимые задачи, направленные на обеспечение образцовой службы личного состава днем и ночью, поддержание боеспособности и боеготовности на неизменно высоком уровне. Продолжаются комплексные мероприятия по всестороннему обеспечению подразделений, дислоцированных на освобожденных территориях, и организации службы войск. ____ Combat duty in Lachin is organized at a high level Under the instruction of the President of the Republic of Azerbaijan, Supreme Commander-in-Chief of the Armed Forces, Mr. Ilham Aliyev, activities on organizing combat duty in the liberated territories continue. Combat duty at the strategically dominant Uchdik high ground, which was taken under control as a result of the clarifications carried out by the Azerbaijan Army Units in the Lachin region, is organized at a high level. All necessary tasks are fulfilled to provide exemplary service of military personnel during day and night time, maintain the combat capability and combat readiness at a constant high level. Several activities on comprehensive provision of Azerbaijan Army Units, stationed in the liberated territories, and organization of troops’ service continue.
Back to Top