Ağdamda ermənilərin hədəfi olan evlər yenidən tikilib - Baku TV

Ağdamda ermənilərin hədəfi olan evlər yenidən tikilib - Baku TV Ağdamda Vətən mühribəsi zamanı ermənilərin hədəfi olan 20 dağılmış yaşayış evi yenidən tikilib. Rayonun Xındırıstan və Təzəkənd qəsəbəsində yeni tikilmiş mənzillərin açarları sahiblərinə təqdim edilib. Ermənilərin artilleriya və raket zərbələri nəticəsində Ağdamın kəndlərində ümumilikdə 1560 zərər dəymiş tikili var. Onlardan 1000-ə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Hazırda isə 8 evin tikintisi gedir və dağıdılan 5 qeyri-yaşayış obyektinin inşası davam etdirilir. Məlumat üçün bildirək ki, Ağdam Vətən müharibəsi zamanı Tərtər və Gəncədən sonra üçüncü ən çox zərər çəkmiş rayondur. Burada 46 məntəqədə ümumilikdə 1600-ə yaxın obyektə zərər dəyib. Hazırda Təzəkənd qəsəbəsində 100-ə yaxın tikilidə təmir-bərpa işləri görülüb. Qeyd edək ki, bu günə qədər ümumilikdə 11 şəhər və rayon ərazisində Vətən müharibəsi zamanı zərər görən 12 mindən artıq tikiliyə baxış keçirilib, 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və
Back to Top