Dilnoza Akbarova - Bayati Siraz “ O Ses Özbəkistanı ” Ayaga Qaldiran Həmin Möhtəşəm İfa
Azərbaycanın məşhur muğamlarından olan ‘’Bayatı-Şiraz’’ Özbəkistanı da sehrləyib. xəbər verir ki, qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.
Bu ifadan da göründüyü kimi, ‘’Bayatı-Şiraz’’ özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.
‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.
“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
Üzeyir Hacıbəyov ‘’Bayatı–Şiraz’’ haqqında yazır: “Bədii – ruhi təsir cəhətdən... ‘’Bayatı – Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır.“ Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı – Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.