Qəribə hadisələrin və gedişlərin baş verdiyi Qazaxıstanda hazırda “antitrror” adı altında əməliyyat həyata keçirilir. Və ölkənin taleyini həm də Rusiyanın ön planda olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı həll edir. Bütün bu olanlara Türk Dövlətləri Təşkilatına sədrlik edən Türkiyənin kəskin reaksiya verməməsi isə çoxlarını təəccübləndirir. İndi bütün dünya nəfəsini tutaraq iri dövlətlərin yeni yem hədəfinə çevrilən Qazaxıstanda yaşananların nə ilə nəticələnəciyini gözləyir. Təfərrüatlar əməkdaşımız Bəxtiyar Hacıyevin süjetində.
#ictimaitv #video #televiziya #baku #videolar #itv