Zaur USTAC “BU GÜNDÜ“ şeir “QƏLBİMİN AÇIQCASI“ kitabından
BU GÜNDÜ
Keçər deyib, surat asma üstünə
Keçməz dedim, demək keçməz, yəmindi.
İçə atıb, yükü alma üstünə
Dəyməz dedim, demək dəyməz, əmindi.
* * *
Qıyma, səni həzm eləyə xəyallar,
Mülayimi yem eləyər xəyallar,
Bir az sərt ol, ram olacaq xəyallar,
Əyməz dedim, demək əyməz, həmindi.
* * *
Ustac deyər, sözdü dedim, uca tut!!!
İnanmırsan, lap inanma, xoca tut!!!
Keçən keçib, sabahı da heçə tut!!!
Yox bilinməz, sənin günün bu gündü...
Bakı.