Paşinyanın Türkiyə arzusu, Ankaranın vacib şərtləri - Baku TV
Türkiyə Prezidentinin açıqlaması bir daha göstərdi ki, Türkiyə-Ermənistan münasibətlərinin qurulması Azərbaycanın istəkləri çərçivəsində mümkün olacaq. R. T. Ərdoğanın “bəlli addımların atılması” və Zəngəzur dəhlizinin açılmasının zəruri olduğunu vurğulaması da elə buna işarədir. Bu isə o deməkdir ki, gedişat gələcək perspektivdə Bakı və Ankaranın geosiyasi proseslərdə əlini daha da gücləndirəcək.
Təbii ki, Türkiyə liderinin Paşinyanın son davranışlarından sonra verəcəyi cavab gözlənilən idi. Lakin Paşinyan da, dəstəkçiləri də yax
...şı bilir ki, Türkiyə və Azərbaycan bu məsələdə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edən Türkiyənin Ermənistanla hər hansı şərtsiz yaxınlaşmasından söhbət gedə bilməz.
Qeyd edək ki, Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorkyan son açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə rəsmiləri arasında effektiv təmaslar olsa, İrəvan Ankara ilə ən yüksək səviyyədə dialoqa başlaShow more