Söhbət “mən-o farsi”, yəni “mən və farsca” həştəqi ilə Tvitter şəbəkəsində başlayan, daha sonra digər platformalara, xüsusən İnstaqrama da nüfuz edən, İran cəmiyyətində fars dilinin qeyri-fars xalqlara zorla qəbul etdirilməsinin acı nəticələrini ortaya qoyan kampaniyadan gedir. Kampaniyanın təşəbbüskarları olan Güney Azərbaycanlı milli fəal Sevil Süleymani və hüquq müdafiəçisi Möhsün Rəsuli eyni zamanda İranda monolinqvizmə, yəni təkdilliliyə qarşı xüsusi platformanın qurucularıdır.
Bizi sosial şəbəkələrdə izləyin:
Telegram: