U-15 Liqasının final oyunu | Sabah 1-0 Neftçi

U-15 Liqasında 2022/23 mövsümü başa çatıb. “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub. Komandamız liqanın həlledici matçında “Neftçi” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyun Elnur Zeynalovun yetirmələrinin minimal hesablı qələbəsi ilə nəticələnib. Matçda yeganə qolumuzu İslam Həsənov vurub. Oyunda komandamızın qələbə qoluna imza atan İslam həm də, 76 qolla liqanın bombardiri olub. Qeyd edək ki, bu akademiyamızın komandalarının son mövsümdə 4-cü çempionluğudur. U-15-dən başqa, U-13, U-16 və U-17 mövsümü qızıl, U-14 komandamız isə gümüş medallarla başa vurub.
Back to Top