Mervan Yaqubov - Gozume az deyir qarapapaqlar / sozler Zelimxan Yaqub
Mərvan Yaqubov - GÖZÜMƏ AZ DƏYİR
QARAPAPAQLAR
Sözlər - Zəlimxan Yaqub
Hər dəfə şəhərdən kəndə dönəndə
Üzür ürəyimi bir nigaranlıq.
Baxıram, özümə yazığım gəlir,
Duyuram, qəlbimə çökür qaranlıq.
Yorğun xəyalıma gör nələr düşür,
Dünənə qayıdıb fikrim bir anlıq.
Ağır yerişindən yer ləngərlənən,
Hanı o qaməti, duruşu şaxlar,
Göyəmi çəkilib bin-bərəkəti,
Gözümə az dəyir qarapapaqlar!
Mən papaq deyəndə - ata yurduna
Sonsuz sədaqəti salıram yada.
Ana-bacılara ər vəfasını,
Namusu, qeyrəti salıram yada.
Nec