Azərbaycanın Tokio-2020-də ilk medalı - Baku TV

Azərbaycanın Tokio-2020-də ilk medalı - Baku TV Tokio-2020 Yay Olimpiya Oyunlarının növbəti günündə qadın cüdoçumuz İrina Kindzerska bürünc medalın sahibi olub. İdmançımız mükafat uğrunda gedən görüşdə çinli Şiyan Xu ilə görüşüb. Mübarizəyə çox yaxşı başlayan təmsilçimiz əvvəlcə aktivinə vazari xalı yazıb. Daha bir uğurlu fənddən sonra isə Kindzerska ipponla qələbə qazanıb. Beləliklə, İrina Kindzerska Tokio-2020-nin bürünc mükafatına yiyələnib. Bu, komandamızın cari olimpiadada qazandığı ilk medaldır. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz: Kanalda bütün müəllif hüquqları qorunur. #BakuTv #Azerbaycan #trend
Back to Top