Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.
Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.
Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.
5 views
7
0
5 years ago 00:01:33 127
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir
2 years ago 00:02:23 5
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir
3 years ago 00:01:25 3
Mühəndis bölmələri ilə praktiki məşğələlər keçirilir
5 years ago 00:01:33 214
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir