Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Back to Top