BMT-də 126 ölkə Azərbaycana dəstək oldu | Baku TV |

BMT-də 126 ölkə Azərbaycana dəstək oldu | Baku TV | Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin dəstəyi ilə COVID-19 vaksinlərinə ədalətli çıxış imkanı barədə qətnaməni qəbul edib. Məlumat ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin “Twitter” hesabında dərc edilib. “Qoşulmama Hərəkatının sədri Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - deyə paylaşımda qeyd olunur. BMT Baş Assambleyasında həmçinin Rusiyanın irəli sürdüyü “Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə” haqqında qətnamə də qəbul edilib. Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, 130 ölkə sənədin lehinə səs verib, 49-u bitərəf qalıb, yalnız ABŞ və Ukrayna əleyhinə çıxıb. Azərbaycan və Ermənistan Rusiyanın qətnaməsini dəstəkləyib. Bitərəf qalanlar sırasında Türkiyə, Moldova və Avropa
Back to Top