Xəzər Süleymanlı-SƏNİN AD GÜNÜNÜ SƏNSİZ KEÇİRDİM (Nəriman Həsənzadənin şeiri)
şeir: Nəriman Həsənzadə
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Sən məni bu qədər gözlətməmişdin,
Belə qoymamışdın gözümü yolda.
Bu qədər özünü gizlətməmişdin,
Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə,
Qayıdıb gəlmişdin mənsiz darıxıb.
Bu dəfə bilmirəm nə olub sənə,
Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın paltarın,
Tələsik gedəndə kimə deyibsən?!
Qapının ağzında başmaq tayların,
Yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər,
Təzə pərdələri yandırıbdır gün.
Sənin bişirdiyin o mürəbbələr
İçilib qurtardı hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim,
Nə tez ömür ötdü, yaş əlli oldu,
Sənin ad gününü sənsiz keçirdim,
Şəkilin yeganə təsəlli oldu.
#xezersuleymanli #xəzərsüleymanlı
Facebook:
İnstagram:
Tik-tok:
Telegram:
6 views
1041
301
10 months ago 00:01:32 1
Xəzər Süleymanlı-SƏN GƏRƏK ÖZÜNÜ TANITMAYAYDIN (Nüsrət Kəsəmənlinin şeiri)
10 months ago 00:01:27 1
Xəzər Süleymanlı - (Mən çıxib gedirəm sənin dünyandan) & Günel Həmidli (Zülümkar) dueti
2 years ago 00:02:48 6
Xəzər Süleymanlı-SƏNİN AD GÜNÜNÜ SƏNSİZ KEÇİRDİM (Nəriman Həsənzadənin şeiri)
3 years ago 00:01:19 1
Xəzər Süleymanlı-Qayıt, gəl (Asim Bəy Kazımsoyun şeiri)