Bütün dünyanı ağladan ata danışdı - BAKU TV
Bütün dünyanı ağladan ata danışdı - BAKU TV
Dağıntıların arasında can verən 15 yaşlı qızının əlini uzun müddət buraxmadan dayanan və buna görə də dünyada çoxlarını göz yaşlarına boğan kahramanmaraşlı ata Mesut Hançer Almaniyanın “Bild” qəzetinə müsahibə verib.
O, qızı Irmağın məzarının önündə yaşadıqları acını dilə gətirib. Ata zəlzələ baş verən zaman işdə olub.
“Həmin vaxt çörək sexində işləyirdim. Dərhal həyat yoldaşıma zəng etdim, dedi ki, iki qızım və oğlum yaxşıdır. Amma o gecə kiçik qızım nənəsinin yanında qalmışdı”, - deyə 49 yaşlı Mesut Hançer bildirib.
Ata zəlzələ olduğunu bilən kimi qızının qaldığı evin önünə gəlib.
“Şəhzadəmi xilas etmək üçün dağıntıları yalın əllərimlə qazmağa çalışdım. Amma onu çıxara bilmədim”, - deyə dərdli ata üzüntüsünü dilə gətirib.
Bütün dünyanı ağladan ata danışdı
© 2023 © All Rights Reserved ℗ Baku TV
#turkiye #zelzele #olum