Güney Azərbaycanın inzibati-ərazi bölgüsündə vaxtaşırı dəyişikliklərin ayrı-ayrı təşəbbüslərin nəticəsi deyil, İran hakimiyyətinin məqsədli siyasətinin təzahürü olduğunu düşünməyə ciddi tarixi-ictimai əsaslar var. Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra 280 min kvadrat kilometr ərazisi olan Güney Azərbaycan bu gün müxtəlif ostanlara parçalanıb və yalnız kiçik bir hissəsi Azərbaycan adını saxlayıb. Bu da son təqribən yüz ildə Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik və assimilyasiya siyasətinin bilavasitə nəticəsidir.
Pəhləvilərin hakimiyyətə gəldiyi 1925-ci ilə qədər Güney Azərbaycanın coğrafi bütövlüyü az-çox qorunub saxlanmışdı. Qacarlar dönəmində, 1907-ci ildə qəbul olunmuş “Əyalət və vilayətlərin təşkili qanunu”na əsasən, İranda cəmi 4 əyalət vardı: Azərbaycan, Kerman və Bəluçistan, Fars və Xorasan. Azərbaycan əyaləti özünün iqtisadi, mədəni, elmi potensialına və coğrafi mövqeyinə görə aparıcı əyalət sayılırdı və ölkənin vəliəhdi bir qayda olaraq burada – Təbrizdə otururdu. Lakin Rza şahın dövründə – 1937-ci ildə 10-cu çağırış İran parlamenti inzibati bölgü haqqında yeni qanun qəbul etdi və İran ərazisi 6 ostana və 50 şəhristana bölündü. Həmin vaxtdan etibarən Güney Azərbaycan ərazisinin parçalanması siyasəti ardıcıl şəkildə həyata keçirildi.
Bu siyasət İslam Respublikası dönəmində də davam etdirildi. İnqilaba qədər ölkə ərazisi 14 ostana bölünürdüsə, molla rejiminin dövründə onların sayı əvvəlcə 28-ə, sonra 31-ə çatdırıldı. Bu dəyişikliklər gedişində Həmədan, Zəncan, Qəzvin, Ərdəbil kimi Azərbaycan torpaqları ayrıca əyalətə çevrildi, Ərak, Savə və digər bölgələr başqa ostanların tərkibinə verildi. Həmin proses, göründüyü kimi, bu gün də davam etməkdədir. Azərbaycan adının olmadığı inzibati-ərazi vahidlərinin yaradılması paniranist məfkurənin Azərbaycan türk varlığını və kimliyini unutdurmaq üçün istifadə etdiyi məkrli vasitələrdən biridir və müxtəlif sosial-iqtisadi bəhanələr altında mərhələli şəkildə həyata keçirilir.
#İran #Güney_Azərbaycan #əyalət #ostan #Marağa #Mukriyan
14 views
5
0
2 months ago 00:18:53 1
Güney Azerbaycan’da ne oluyor? | Belgesel
3 months ago 00:24:59 1
Ermenistan’ı Azerbaycan’a karşı yeni savaşa hazırlayan 5 ülke
4 months ago 00:14:44 1
Güney Azerbaycan meselesi: İran’da milyonlarca Türk nasıl yaşıyor?
8 months ago 00:15:02 1
İran, Orta Doğu-Türkistan’ı bağlayan Güney Kafkasya’da ne planlıyor?
10 months ago 00:03:01 6
🇮🇷 Morteza Mehrzad: World’s Second Tallest Man | Sitting Volleyball | Tokyo 2020 Paralympic Games
2 years ago 00:07:40 14
İranın Güney Azərbaycanı parçalamaq siyasəti
2 years ago 00:09:10 6
Güney Azərbaycanda May qiyamı niyə baş verdi?
2 years ago 00:02:22 1
İranın məkrli “Güney planı”: Cənubi Azərbaycanda “Kürdüstan” layihəsini ger
2 years ago 00:30:16 1
Güneydə yeni Azərbaycan dövləti: İranın elitası ölkədən qaçmağa hazırlaşır - CANLI
2 years ago 00:10:37 1
TÜRK DEVLETLERİNDEN GÜNEY AZERBAYCAN MESAJI | TEBRİZ ALİYEV’DEN SAVAŞ İÇİN EMİR BEKLİYOR | ERMENİLER
2 years ago 00:03:07 7
İranın Güney azərbaycanlılara zülmü - BAKU TV
2 years ago 00:03:14 3
Güney Azərbaycanda azadlıq hərəkatı geri dönülməz yolda - BAKU TV
2 years ago 00:11:12 1
İran’ın radikal mezhep ideolojisi Kafkasya’da nasıl çalışıyor?
2 years ago 00:02:07 11
İranda etirazçılar GÜLLƏLƏNİR: 2000 nəfərin taleyi naməlumdur – APA TV
2 years ago 00:05:40 17
“İran Azərbaycana bir güllə atdığı gün, öz sonuna imza atmış olacaq!“
2 years ago 00:03:36 6
İranın qanlı siyasətinin hədəfindəki Güney Azərbaycan - BAKU TV
3 years ago 00:13:04 37
KAFKASYA’DA YENİ SAVAŞ ALARMI
4 years ago 00:09:07 1
Bir ayrılık hikayesi: 31 Aralık’ın Azerbaycan için önemi
4 years ago 00:05:18 1
İran’ın gerçek yüzü -Ermeni destekçisi İran’ı ,Güney Azerbaycanlılar protesto ettiler.
5 years ago 00:14:23 1
GünAz TV aparıcısı Azərbaycan və Türkiyəyə ağlayaraq müraciət edir.
5 years ago 00:04:20 1
16 Kasım 2019 Güney Azerbaycan ve İran’da rejime karşı ve Benzin fiyatı artmasına karşı protestolar
6 years ago 00:04:55 14
Amin Parvin - Shoghe Rahaee
6 years ago 00:11:28 1
Dünyada en çok Türk taraftara sahip olan takım: Traktör Sazi | Futbolun Hikayeleri
7 years ago 00:19:29 2
Iran national football team (Team Melli) 1984 Asian Cup and 1986 Asian Games