“DAĞLAR QIZI REYHAN“ MAHNISININ TARİXİ

“Reyhan“ mahnısı bir zamanlar ən çox dinlənilənlərdən idi. Elə indi də dillər əzbəridir. Ancaq çox az adam bu mahnının Reyhan adlı qıza həsr olunduğunu, hüznlü bir hekayə əsasında bəstələndiyini bilir. Uzun illərdən bəri dillər əzbəri olmuş, Azərbaycanın xalq mahnısı “Dağlar qızı Reyhan“ gözəl və qəhrəman bir qıza həsr olunub. 1918-ci il Mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə erməni daşnaqları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib özünü murdarlayır. Bu yolla canını vəhşi daşnaqlardan zorla qurtara bilir. Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada “Gəlinqaya“ adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə yenə də ermənilər tərəfindən “antisovet“ damğası vurularaq, güllələnməyə məhkum edilir. Amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. 1959-cu ildə Azərbaycan bəstəkarı Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan “Dağlar qızı Reyhan“ şerinə musiqi bəstələyir. Bir versiyaya görə mahnının sözləri şair Tələt Eyyubova məxsusdur. 1960-cı ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa etmişdir. Lakin bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşır. 1969-cu ildə Türkiyədə “Reyhan - Dağlar kızı“ filmi çəkilmişdir. Bu filmdə də “Reyhan“ mahnısından istifadə edilir. İstifadə edilən musiqi: Qədir Rüstəmov Reyhan Məni İnstagram üzərindən izləyə bilərsiniz. İNSTAGRAM adresi: Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN
Back to Top