2000 ermənini MƏHV EDƏN AZƏRBAYCANLI QAÇAQ

Sponsorluq, Reklam və İş təklifləri üçün; (DM) (DM) ferahim1453@(Mail Göndər) Alı Məhərrəm oğlu 1875-ci ildə Şəmkir rayonunun Keçili kəndində anadan olub. Ailəsi əsasən maldarlıq və qoyunçuluqla məşğul idi. Qardaşı, özü və atası kəndin ağasının qoyunlarını otarırdı. Onun qaçaq olmasına isə kəndin yüzbaşısı səbəb olur. “Tüstü pulu“ vergisi toplayan strajnikin (kiçik rütbəli zabit) onların aylıq pulu vermədiyi üçün etdiyi şikayət üzrə kəndə gələn yüzbaşı, Alının atası Məhərrəm kişini təhqir edir və qırmancla üzündən vurur. Sonra da uryadniklərin atasını döyməsinə dözə bilməyən Alı tüfənglə yüzbaşını ürəyindən vurub öldürür. Ardınca ailə Goranboy ərazisinə köçür, burda da axtarışa gələn hökumət qüvvələri danos nəticəsində sürünün başı üstündə onu yaxalayır. Atışma zamanı Alı sərrast atəşlə kəndə zülm edən Aşot adlı erməni pristavı vurub atdan salır. Lakin sonda həbs edilir və qısa müddətdən sonra həbsdən çıxır. 1898-ci ildə isə bir neçə dostu ilə dağlara çəkilir. Onun ardınca düşən hökumətlə yanaşı, ermənilər Aşot pristavın öldürülməsini ona bağışlaya bilmirlər. Ermənilər, Alının dəstəsini kölgə kimi qarabaqara izləyirlər. Lakin yerini müəyyən edib hökumətə xəbər verənə qədər qaçaq öz dəstəsi ilə oradan xeyli uzaqda ü illər ərzində kazaklarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğradan Dəli Alı, 1905-ci il hadisələri zamanı azərbaycanlılara qarşı soyqırım törədən ermənilərə divan tutub. Dəli Alı qaçaqları ilə birgə Gəncənin ermənilər məskunlaşdırılmış Bayan, Çardaqlı, Çaykənd və digər kəndlərini basaraq qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını güllə qabağına düzüb. Ermənilərə köməyə gələn yüzlərlə kazak atlıları da ərazidə xeyli yaralı və ölü buraxaraq qaçmağa məcbur olublar. Təkcə “Hacı Məlik“ düzündə 2000-ə yaxın erməni öldürülür. İstifadə edilmişdir: Qafqaziyyə şeytanı “Dəli Alı“ sənədli bədii film Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Back to Top