Soçi görüşü ilə Xankəndi mitinqini nə bağlayır? - BAKU TV
Soçi görüşü ilə Xankəndi mitinqini nə bağlayır? - BAKU TV
Aktual xəbərlərimiz
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı növbəti görüşdən əvvəl Xankəndidə etiraz aksiyasının keçirilməsi, yəqin ki, təsadüf deyildi. İlk növbədə, bu, bir daha sübut etdi ki, Qarabağ erməniləri hələ də öz qanunsuz əməllərindən əl çəkmək istəmirlər. Üstəlik, mitinqə görə etirazçılara pul verilməsi, həmçinin Rusiya və Ermənistandan aksiya üçün xüsusi adamların gətirilməsi, rus sülhməramlılarının isə baş verənləri sükutla izləməsi prosesdə həm də Kremlin mümkün rolundan xəbər verirdi.
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, bu mitinqin məqsədi üçtərəfli görüşün baş tutmasından öncə mesaj verməkdən ibarət idi.
Ermənistan başa düşür ki, Rusiyanın Qarabağdan çıxması üçün Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Şimal qonşumuz da bilir ki, bunun baş verməsi Moskvanın bölgədəki rolunu məhdudlaşdıracaq. Əslində, aksiyada dalğalanan Rusiya bayraqları da bundan xəbər verirdi. Yəni Soçidə bu məsələ onun əlini daha da gücləndirsin. Çünki erməniləri də, havadarlarını da sülh və sabitlik maraqlandırmır. Əsas məqsəd həmişə olduğu kimi, separatçılıq və işğal yolu ilə məkrli planlarını həyata keçirməkdir.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Soçi görüşü ilə Xankəndi mitinqini nə bağlayır?
#sochi #xankendi #siyaset