Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA
Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA
Bizi WhatsApp-da izləyin
00:00 - Giriş
00:03 - Həyat, deyəsən, gözəldir filmi
00:15 - Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir“ filmi
00:28 - Erməni qardaşlar Azərbaycan tərəfinə əsir düşürlər
00:36 - Erməni əsirlər Qarabağ Azərbaycandır deyir
01:30 - Xəstəxananın Baş həkimi erməni qadın ilə ailə qurub
01:50 - Qarabağın azad olmasına sevinən həkim eyvana çıxıb sevinir
02:29 - Azərbaycan və Ermənistanın bayrağları birlikdə göstərilən ilk film
03:02 - Ermənilərin dədə-qorqudu
04:33 - Prezident İlham Əliyev xəritəyə baxır və deyir ermənilərin xəstəliyi budur
05:11 - Fəryad filmi və Həyat, deyəsən, gözəldir filmin də ermənilər körpəyə türk sənin düşmənindir aşılanır
05:38 - Vacik əsir dəyişmə meydanında günəşə doğru gedir
Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi ermənilərin 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir.
Filmin qısa süjeti belədir: Döyüşdə yanında bomba partlaması ilə travma alan Vaçik qardaşı Xaçiklə birlikdə Azərbaycan tərəfinə əsir düşür. Vaçik aldığı travmadan sonra həqiqəti görməyə başlayır və “Qarabağ Azərbaycan“dır deyir. Xaçik qardaşının bu vəziyyəti ilə barışa bilmir, hətta onu öldürmək istəyir. Anası, qardaşı və bütün qohum-əqrəbası Vaçikdən imtina edir.
Rejissor Vaçik və Xaçikin timsalında erməni cəmiyyətini göstərir. Vaçikçilər sülhün, Xaçikçilər müharibənin tərəfdarıdır.
Bu iki qardaş həm müalicə almaq, həm də sorğu-sual edilmək məqsədilə psixiatriya xəstəxanasına yerləşdirilir. Maraqlı məsələ odur ki, xəstəxananın baş həkimi erməni qadın ilə ailə qurub və onun özünün də psixoloji problemləri var. Həkimin arvadı hər dəfə ona deyir ki, “mən sənin qəlbinə yol tapa bilmədim, ona görə şüuraltına girirəm”.
Beləliklə, onun yuxularına girib erməni sevgisi aşılamağa çalışır. Qarabağın azad olunma xəbərini eşidən həkim eyvana çıxıb xalqla birlikdə sevinir. Bu zaman erməni arvadı onun ayaqlarını qucaqlayıb ağlayır. Bu səhnə erməni qadının timsalında ermənilərin Azərbaycanın ayaqları altına düşdüyünü, təslim olduqlarını göstərir.
Bu filmdə sülh mesajları da var. Azərbaycanlı polkovnikin “Onlar bizim qonşularımızdır” deməsi, Vaçikin xahişi ilə palatasına qoyulan Azərbaycan-Ermənistan bayrağı buna sübutdur. “Həyat, deyəsən, gözəldir” ilk Azərbaycan filmidir ki, bu iki ölkənin bayrağı yanaşı göstərilir.
Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA
2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#Araşdırma #Həyatdeyəsəngözəldir #Ermənilər #Qarabağ #Azərbaycan #Ermənistan #QarabağAzərbaycandır #sülh #sülhmesajı #film #kino #sənət #tragikomediyafilm #dədəqorqudfilmi #ermənidaşnakları #separatçı #rejissor #qarabağtorpaqları #44günlükmüharibə #Vətənmüharibəsi #44günlükVətənmüharibəsi #fəryadfilmi #humanist #əsirdəyişməmeydanı #xəritə #prezident #alibaşkomandan #İlhamƏliyev #xalqartisti #VaqifMustafayev