“Tarın sehri“ adlı musiqili görüş, tarzən Rövşən Zamanov

Göyçay rayon icra hakimiyyətinin təşkilatçılğı ilə Gənclər mərkəzində Müqəddəs Qurban bayramı münasibətilə tarzən, pedaqoq Rövşən Zamanovun “Tarın sehri“adlı solo konserti təşkil olundu. Tədbirdə rayon ictimayyətinin nümayəndələri, ağsaqqalar və gənclər iştirak edirdilər. İlk olaraq R. Zamanovun həyat və yaradıcılıq yoluna işıq salan videoçarx nümayiş olundu. Çıxış üçün ilk söz RİHB-ın Göyçay şəhər üzrə icra nümayəndəsi Rəşad Şükürova verildi. R. Şükürov son illər rayonda aparılan abadlıq, quruculuq işlərindən danışaraq, mədəni tədbirlərin yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırdı. Göyçay Gənclər mərkəzində təşkil olunan bu kimi tədbirlərin təşkilatçılarına təşəkkürünü bildirən şəhər meriyasının rəhbəri “Tarın sehri“ adlı konsertin solo işaçısı əziz müəllim Rövşən Zamanova həyat və yaradıcılığında uğurlar arzuladı. Çıxış edən natiqlər Göyçay Heydər Əliyev mərkəzinin direktoru Zenfira Əliyeva, Peşə liseyinin direktoru Qabil Zeynalov, DQIDK -nin Ucar bölgəsi üzrə şöbəsinin nümyəndəsi Rauf Nəsirov, GDİT
Back to Top