Korrupsiyanı ifşa edənlərin həbsdə olduğu Azərbaycan “COP29 iqlim dəyişikliyi sammiti”nə hazırlaşır
Azərbaycan Şərqi Avropa dövlətlərinin dəstəyini qazandıqdan sonra gələn il keçiriləcək “COP29 iqlim dəyişikliyi sammiti”nə ev sahibliyi etməyə hazırlaşır.
“Reuters” yazır ki, BMT-nin növbəti il iqlim sammitinin harada keçiriləcəyi ilə bağlı aylarla davam edən, geosiyasi dalana dirənən qərar tez zamanda diqqəti Azərbaycanın neft hasilatına və bu ölkədəki insan hüquqlarının vəziyyətinə yönəldib.
“COP29”-a kimin ev sahibliyi edəcəyi ilə bağlı qərar, Rusiyanın Avropa Birliyi ölkəsinin hər hansı bir təklifinə veto qoyacağına söz verdikdən sonra dayandırılıb. Aİ Moskvanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sanksiyalar tətbiq edib. Moskva bu səbəblərdən veto qərarı verib.
Aİ üzvü olmayan Azərbaycan isə tədbirə ev sahibliyi etmək üçün “COP28” danışıqlarında iştirak edən 200-ə yaxın ölkənin təsdiqinə ehtiyac duyub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Reuters”ə bildirib ki, Bakı tədbirin keçirilməsi üçün yaxşı təchiz olunub.
Keçən il Avropa Komissiyası Rusiyadan uzaqlaşma strategiyası çərçivəsində Azərbaycanla təbii qazının idxalını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.
Bu anlaşmalar çərçivəsində diqqətlər Azərbaycandakı insanların hüquqlarına yönəlib.
Anlaşmadan sonra Azərbaycanda xeyli insan həbs edilib. Onlardan biri də London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğludur. O, iyulda Azərbaycanda yaşayan ailəsinə baş çəkərkən saxta pul və ekstremizmlə məşğul olmaqda ittiham edilərək, həbs olunub.
ABŞ Dövlət Departamenti və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu ilin əvvəlində onun həbsini pisləyib və azadlığa buraxılmasını tələb ediblər.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki jurnalist Cinayət Məcəlləsinin qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsilə ittiham olunurlar.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 30-da jurnalist Nərgiz Absalamova Bakı şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün dəvət edilib və daha sonra saxlanılıb.
Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Daha sonra “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti maddəsi ilə cinayət işi açılıb. Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
1 view
2901
997
1 year ago 00:02:57 1
Korrupsiyanı ifşa edənlərin həbsdə olduğu Azərbaycan “COP29 iqlim dəyişikliyi sammiti”nə hazırlaşır