Kəmaləddin Heydərovun ərəb qonaqları Qax Dövlət Yasaqlığında ov düşərgəsi qurub özbaşınalıq edirlər

Qax Dövlət Yasaqlığında - “Acınohur“ deyilən ərazidə ərəb turistlərin ov düşərgəsi fəaliyyət göstərir. Ərəb turistlər tərəfindən təşkil edilmiş və Azərbaycan qanunvericiliyinin bir sıra tələblərini pozan ov düşərgəsində cəmləşən şəxslərin təbiətə, heyvanat aləminə ciddi ziyan vurduqları iddia edilir. ““ bildirir ki, bu barədə məlumatı ötən gün “ekofront“ QHT (Cavid Qara) ictimailəşdirib. Yerli ekoaktivistlərin ov düşərgəsindən çəkdikləri videomateriallardan aydın olur ki, ərəblər karantin qaydalarını belə heçə sayaraq özlərilə gətirdikləri göyərçinlərə və şahinlərə müxtəlif üsullarla işgəncələr verərək feyziyab olurlar... #AcınohurdaOV #ərəbovçular #Kamalındostları
Back to Top