Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir. Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top