Təzəkənddə illər sonra ilk dəfə qatar fiti eşidildi…
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə əsas dəmiryolu xətlərinin ümumi uzunluğu 240,4 km olub. Dəmiryolu xətti keçən ərazilərin əksər hissəsində minalarladan təmizlənmə işləri başa çatdığından torpaqbərkitmə və relslərin çəkilməsi işləri aparılır. Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb. 47,1 kilometrə bərabər olan Bərdə-Ağdam dəmir yolu xəttində dörd stansiya, üç körpü, bir yolötürücüsü, 23 avtomobil yolu ilə eyni səviyyədə kəsişmə və ümumilikdə 127 süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Əməkdaşımız Şöhrət Eyvazov Bərdə-Ağdam dəmiryolu xəttində olan Köçərli və Təzəkənd stansiyalarında apaırlan tikinti işləri ilə tanış olub.
#İTV
#İTVXəbər
#ictimaitv #video #televiziya #baku #videolar #itv
34 views
116
17
3 years ago 00:02:01 34
Təzəkənddə illər sonra ilk dəfə qatar fiti eşidildi…