Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar – AzTV-dən yubiley filmi

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Prezident. Təkrarsız diplomatiya” adlanır. Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər. Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar. R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xa
Back to Top