Həm ziyarət, həm ticarət (4K, dram, 1995)

Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. “Ad günü“ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: “Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur“. Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Rollarda: Hacı İsmayılov – Mustafa Nuriyyə Əhmədova – Nuriyyə Rasim Balayev – Davud Həsən Məmmədov – Əlimurad Niyazi Əhmədov – Çingiz Fərman Abdullayev – Nazim Nərminə Həsənova – Ayan Sədayə Mustafayeva – Suğra Cahangir Novruzov – Sabir Nəsir Sadıqzadə – Davudun qohumu zənnedilən türk satıcı
Back to Top