Səkkiz əsrə şahidlik edən qoca çinar - Baku TV
Ağdaş rayonu Qəsl kənd ərazisində yol kənarındakı çinar ağacı hər kəsin
marağına səbəb olur. Həmin çinar ağacı Bakı-Şamaxı-Yevlax magistral yolunun 236 kilometrliyindədir. Hündürlüyi 50, diametri 18 metr olan çinar ağacı həm də tarixi abidə kimi qorunub saxlanılır.
Çinar ağacının magistral yolun kənarında olması buradan keçən turistlərin də böyük marağına səbəb olur. Əvvəllər kənd sakinləri iri gövdəli ağacın içərisində ancaq dincəlirdilərsə, indi buradan çay evi kimi də istifadə olunur.
Kənd sakinlərinin sözlərinə görə, çox vaxt bu çinar el arasında “görüş yeri” kimi adlandırılır. Deyilənə görə, hətta bu ağacın hər mövsümə uyğun havası olur: yayda çox sərin, qışda isə mülayim.
Qədim tarixə malik çinar ağacı bir çox tarixi hadisələrə şahidlik edib. Eyni zamanda Azərbaycanın bir çox filmlərinin də bəzi fraqmentləri məhz həmin ərazidə çəkilib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dilləri