Prezident: Heç bir ölkə ilə Qarabağdan danışmayacağıq
Avropa İttifaqına və şəxsən cənab Şarl Mişelin vasitəçiliyinə gəlincə, biz bunu əvvəldən dəstəkləmişik. Çünki biz düşünürdük ki, mən deyərdim, keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var. Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub. Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu. Çünki biz görüşdən sonra bəyanat qəbul etdik və bu, faktiki olaraq həll formatını formalaşdırmağa kömək etdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.
Beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram. Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı.
#ictimaitv #video #televiziya #baku #videolar #itv
9 views
4
0
7 months ago 00:08:00 1
Erməni səfirini susduran 23 yaşlı azərbaycanlı
10 months ago 00:00:36 1
Nə qədər ki, İlham Əliyev prezident olmaq istəyir ölkədə heç bir dəyişiklik olmayacaq
11 months ago 00:02:26 5
2023-də Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyektinin açılışı olub
11 months ago 00:42:33 1
Francois Martin Président du Groupement Professionnel HECGéostratégies « Le temps des fractures!»
12 months ago 00:01:35 1
Prezident deyir, məmurlar yazır: “Zəli kimi yapışıb, qanını sovururlar”
1 year ago 00:04:44 1
Namiq Mena - Getdi Ömrüm
1 year ago 00:08:45 1
Namiq Mena “ Həyat Gözəldi“ Canli ifa YENİ
1 year ago 00:13:22 1
Namiq Mena, Ağamirzə, Yeganə, Deyişmə Yeni
1 year ago 00:16:50 1
Namiq Mena, Samire YusifQızı Yeni
1 year ago 00:01:56 1
Prezident İlham Əliyev : “Paşinyan heç kimdir!“
1 year ago 00:06:19 1
Namiq Mena - Ayten Məhərrəmov Duet 2023
1 year ago 00:21:25 1
Azərbaycanlıları qovmağı Ermənistandan kimlər tələb etmişdi? - Qərbi Azərbaycan Xronikası
2 years ago 00:08:03 1
Azərbaycan Tehrana tələblər qoydu, İran yenə təhdid etdi
2 years ago 00:01:07 2
Prezident İlham Əliyev: Heç kimə imkan vermərik ki, ərazimizdə at oynatsın
2 years ago 00:02:46 12
Paşinyan: “Qarabağ Azərbaycanındır” - APA TV
2 years ago 00:00:42 4
Qazaxıstandan Azərbaycana hədiyyə - BAKU TV
2 years ago 00:03:29 9
Prezident: Heç bir ölkə ilə Qarabağdan danışmayacağıq
2 years ago 00:03:23 3
“Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri sülhə xələl gətirməyəcək”
2 years ago 00:01:17 12
“Moskvanın göndərdiyi Vardanyanla yox, Qarabağ erməniləri ilə danışmağa hazırıq” –PREZİDENT
2 years ago 00:03:17 6
Soçi görüşünün gizlin mesajları - BAKU TV
2 years ago 00:01:05 6
Prezident: “Daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq“
2 years ago 00:01:10 23
Ərdoğan kimsənin bacarmadığını etdi - BAKU TV
2 years ago 00:03:04 8
Ermənilər üçün son saniyələr - BAKU TV
2 years ago 00:01:34 3
Ermənistanın Prezidenti Qarabağla bağlı suala cavab vermədi - BAKU TV