DİKTATURA ƏLEYHİNƏ FLƏŞMOB

Bu gün “Dalğa“ Gənclər Hərəkatının bir neçə üzvü əllərində şüar Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında diktatira və diktatorlar əleyhinə fləşmob keçirib. Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı qəddarlığı pislənilib. Gənclər səfirliyin binasından kənarda aksiyanın qətnaməsini oxuyublar. Ancaq polis qətnamənin sonacan oxunmasına imkan verməyib.
Back to Top