Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
Qonaqlar Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.
“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib. Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb.
General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrimizin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib.
Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant çak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.
Ölkəmizdə olduğu müddətdə NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.
____
Начальник Генерального штаба Азербайджанской Армии встретился с делегацией НАТО
Гости посетили Аллею шехидов и Парк военных трофеев
____
Chief of General Staff of Azerbaijan Army meets with NATO delegation
NATO delegation visited the Alley of Martyrs and the Military Trophy Park
1 view
7
2
2 months ago 00:01:37 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
2 months ago 00:01:05 1
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
2 months ago 00:10:37 9
Vətən müharibəsi zamanı raket-artilleriya bölmələri tərəfindən düşmənə endirilən atəş zərbələri
3 months ago 00:01:02 1
Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasından 4 il ötür
3 months ago 00:01:15 1
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
3 months ago 00:01:58 1
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
3 months ago 00:01:28 1
Ordumuzun düşməni 24 saatda məğlub etdiyi gün | Qarabağda antiterror tədbirlərinin ildönümü
3 months ago 00:14:34 1
Bakını kim idarə edəcəkdi? - Nuru Paşa və Rəsulzadə arasında gərginlik | ARAŞDIRMA
4 months ago 00:01:52 4
Azərbaycana qarşı qəzəblidirlər... | Rusiyalı ekspert Ermənistanın VOMA təşkilatından danışdı
4 months ago 00:01:01 1
“Smerç” silahları işə salındı | MN-dən görüntülər
4 months ago 00:02:21 1
Qərb və Hindistanın ağır silahları Ermənistanda | “Caliber“ məlumat yaydı
4 months ago 00:02:05 2
Ukrayna müqavimətlə üzləşmədi, çünki… | Kursk planı müharibənin taleyini həll edəcək?
5 months ago 00:00:27 1
Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib
5 months ago 00:01:29 1
“Qisas” antiterror əməliyyatından iki il ötür
5 months ago 00:01:26 1
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
5 months ago 00:01:34 1
“Birləşdik - 2024“ təliminin taktiki epizodu nümayiş etdirilib
5 months ago 00:00:56 3
Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir
5 months ago 00:02:03 1
Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib
6 months ago 00:01:17 1
“Birləşdik -2024“ təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir