Həsrətində olduğumuz Laçında əbədi yaşamaq borcumuzdur
Laçın şəhər sakini, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısı Babək Aslanov bildirib ki, illərdə həsrətində olduğumuz doğma yurdumuzda əbədi olaraq yaşamaq bizim borcumuzdur. Vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmək bizə qismət oldu deyən Babək Aslanov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmaq şərəfli ölümdür: “Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək.”
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
8 views
10
3
2 years ago 00:02:41 8
Həsrətində olduğumuz Laçında əbədi yaşamaq borcumuzdur
3 years ago 00:05:56 33
SARI GƏLİN - TƏRANƏ MURADOVA - BALABAN ƏLİXAN SƏMƏDOV ŞUŞA CIDIR DÜZÜ