Xəzərin dibində uyuyan Bəndovan şəhəri - BAKU TV
☑️Aktual xəbərlərimiz
Şirvan Milli Parkı təkcə göz oxşayan mənzərələr, zəngin flora və faunası ilə deyil, həmçinin tarixi abidələrlə də diqqət mərkəzindədir. Abidələrin bir çoxu yüzillərdir Xəzər dənizinin suları altına qərq olub.
Xəzər dənizinin Salyan rayonu sahilində 1969-cu ildə məşhur arxeoloq alim Viktor Kvaçidze ilk arxeoloji tədqiqatlar aparıb. Fasilələrlə 1987-ci ilə kimi aparılan araşdırmaların sonu böyük tarixi faktları ortaya çıxarıb. Məlum olub ki, aşkarlanan nümunələr dənizin altında qalan böyük şəhərin qalıqlarıdır.
Tarixçi alimlərin sözlərinə görə, bu maddi-mədəniyyət nümunələri 13-cü əsrdə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bəndovan şəhərinə məxsusdur. Tarixi nümünələr Bəndovan burnunda aşkar edildiyi üçün bu şəhərləri şə