Azad edilmiş ərazilərdə komanda qərargah təlimi keçirilib
Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib
Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.
Təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.
General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd edilib ki, Vətən müharibəsi və sonraki əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib.
Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatlarının qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.
Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
2 views
70
14
3 months ago 00:01:19 1
İrəvan 30 ildə ancaq kilsə tikdi... | Qarabağ erməniləri heyrətə gətirdi
4 months ago 00:12:44 1
“Uşaqlar daşı duz kimi yalayırdılar, Hikmət Həsənov çay içə-içə izləyirdi“ - “Tərtər işi”nin qurbanı
4 months ago 00:03:18 1
ŞOK İDDİA: ƏDALƏTLİ QƏRAR çıxarmaq üçün 15 min manat alan HAKİM SAXLANILDI
5 months ago 00:01:20 3
Silahlı Qüvvələr Günü ərəfəsində mediaturlar təşkil edilib
5 months ago 00:01:36 1
Qırğızıstandan azad edilmiş yaylaqlara daha 116 baş yak gətirildi
5 months ago 00:01:19 1
Russian army bombarded Ugledar city with incendiary shells once again
5 months ago 00:03:26 1
Russians attacking Ugledar with 30 tanks were prevented - Russians threw away the tanks and ran away
6 months ago 00:03:14 1
Qazaxın işğaldan azad edilən kəndləri | DSX-dən yeni görüntülər
6 months ago 00:03:08 4
Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturlarının yaradılmasına başlanılıb
7 months ago 00:02:08 1
Estonia has begun initial operations to send 1 million artillery shells to Ukraine
9 months ago 00:00:49 3
SON DƏQİQƏ-Şamaxının Məlikçobanlı ərazisində palçıq vulkanı aktivləşib
9 months ago 00:02:04 1
Beş minə yaxın tələbənin iştirakı ilə “NEVER FORGET!” adlı flashmob keçirilib
9 months ago 00:00:37 1
Xala metroda görün nə etdi
9 months ago 00:01:33 1
The liberation of the Crimea will happen when it is “warm”
9 months ago 00:01:01 1
DAHA BİR RUS KOLONU PUSQUYA SALINARAQ MƏHV EDİLDİ: ŞOK GÖRÜNTÜLƏR
11 months ago 00:02:46 15
Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
11 months ago 00:00:58 1
A drunken Russian soldier at work - Look, who the Russians send to fight
11 months ago 00:01:50 3
Russian Lancet kamikaze drone takes out Leopard tank
12 months ago 00:04:34 1
“30 corps stranded, no support — dire front-line situation“, says Russian soldier