İranda Ana dilində təhsil tələb edən molla
Azadlıq Radiosu © / Xədicə İsmayılova
«Azərbaycan çoxdandı hazırlanırdı o etirazlara və hazırlanır ondan böyük etirazlara. Azərbaycan millətinin haqları danılır...»
Bu, İranın Qum şəhərində yaşayan din xadimi höccətülislam Əbdüləzim Əzimiqədimin səsidir. Höccətülislam may ayının 2-dən həbsdədir, Qum şəhərinin «Ləngəvud» həbsxanasında saxlanılır. Bu müsahibəni də o, həbsindən təxminən bir il əvvəl vermişdi.
Avqustun 12-də Əzimiqədim Təbriz məhkəməsinə gətirib, ona qarşı yeni ittihamların irəl