Cabir Novruz - “Sağlığında qiymət verin insanlara!“ (Video+Mətn)
Sağlığında qiymət verin insanlara!
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan
20 views
0
0
10 years ago 00:00:42 5
Cabir Novruz - Şeir.
11 years ago 00:02:48 16
Cabir Novruz - Daha dəhşət
10 years ago 00:02:10 17
Natəvan Şeyxova - Hicran (Sözləri: Cabir Novruz)
10 years ago 00:02:12 20
Cabir Novruz - “Sağlığında qiymət verin insanlara!“ (Video+Mətn)