“Məktəbdəki uşaqlar deyir ki, polis atanı döydü“

Polis zorakılığına məruz qalan şəxs şəhid Nazim Alxanovun oğlu Elmir Alxanovdur. Kadrı geri çevirək Polislərin döydüyü bu vətəndaşı görən Elmir Alxanov səssiz qala bilmir. O polisə öz iradını bildirərkən eyni aqibəti yaşayır. “Bu gün oğlum deyir ki, ata niyə gedirdin ora? Məktəbdə uşaqların hamısı deyir ki, atanı döyüblər. Polis atanı döydü”. Elmir Alxanov oktyabrın 19-da yaşadıqlarından sonra iki övladına verəcək cavab tapmır. O, mitinq keçirilən gün yaşadığı Şuşa qəsəbəsindən şəhərə telefonunu təmir etmək üçün gəlmişdi. Ancaq döyülərək avtobusa aparılır. Saxlanılan 30-a yaxın şəxslə Qobuda avtobusdan düşürülür. Kanala abunə ol - WebSite: Facebook: Twitter: Google MeydanTelevision/posts İnstagram: __ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : 4915777662277
Back to Top