Moskvada mühüm görüş keçirilir - BAKU TV

Moskvada mühüm görüş keçirilir - BAKU TV Aktual xəbərlərimiz Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın görüşü keçirilir. Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə Baş nazirin müavini Mqer Qriqoryan iştirak edir. Qeyd edək ki, bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın sayca ikinci görüşüdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub. Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-in məlumat yayacağı gözlənilir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Moskvada mühüm görüş keçirilir #muhumgorus #moskva #AzerbaycanErmenistan #bakutvxeber #bakutv #bakutvnews
Back to Top