Ermənilər mövqelərindən qaçır - Baku TV

Ermənilər mövqelərindən qaçır - Baku TV Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir. “Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır“, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: htt
Back to Top