Azərbaycan Rusiyaya etiraz etdi - Baku TV

Azərbaycan Rusiyaya etiraz etdi - Baku TV Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı məlumatda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin qeyd olunmasına münasibət bildirib. Onun sözlərinə görə, bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. “Həmçinin qarşı tərəf məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - deyə məlumatda qeyd olunub. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkə
Back to Top