Nizami metrostansiyasının açılışı (1977-ci il)

Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Sənsiz romansı səslənir. Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur. Dərinlikdə yerləşən “Nizami“ stansiyası eskalatorla təchiz olunub. Stansiya “Azad qadın“ heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. “Nizami“ metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.
Back to Top