Akif İslamzadə — Alagözlüm (Neyləyim) (Rəsmi Audio)
Akif İslamzadənin “Alagözlüm (Neyləyim)“ parçası artıq onlayndır.
Akif İslamzadəyə Youtube-da abunə ol:
Mahnının lentə alınma tarixi: 1982-ci il.
Musiqi: Emin Sabitoğlu
Söz: Nigar Rəfibəyli
Akif İslamzadəni sosial şəbəkələrdə izlə:
Facebook:
Instagram:
Genius:
Akif İslamzadəni rəqəmsal platformalarda dinlə:
Keçid:
Sözlər:
[Giriş]
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsızsolur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
[Bənd 1]
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
[Nəqərat]
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
[Bənd 2]
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalıb baxışları, neyləyim?
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalıb baxışları, neyləyim?
[Nəqərat]
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?...
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Həzin-həzin yada salır, neyləyim?
[Çıxış]
Alagözlüm, səndən ayrı gecələr…
Akif İslamzadə tərəfindən ifa olunan “Alagözlüm (Neyləyim)” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#Akifİslamzadə #Alagözlüm #mikpro